Sosial şəbəkələr müzakirə ediləcək Hadisə

Sosial şəbəkələr müzakirə ediləcək

Azərbaycan Demokratik Jurnalistlər Liqası ictimai birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə və internet mediada milli maraqların təhdidinə qarşı: ictimai müzakirələr" mövzusunda layihənin icrasına başlayıb.
Layihə çərçivəsində tanınmış QHT və yeni media nümayəndələrinin, ekspertlərin iştirakı ilə ictimai müzakirələr təşkil ediləcəyi planlaşdırılır. Layihə dövründə "Aprel döyüşlərinin internet media və sosial şəbəkələrdə əks-sədası", "Prezident seçkiləri kampaniyasında ölkə internet mediasının məsuliyyəti", "Jurnalistikanın təməl prinsipləri internet mediada niyə "axsayır?" mövzularına həsr edilən ictimai müzakirələr "Səs" onlayn telekalanında hazırlanaraq yayımlanacaq və həmin televiziya verilişləri Youtube-da, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda Fasebook sosial şəbəkəsində ötən layihələrdə yaradılan "Dövlətimizi qoruyaq və təbliğ edək" səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.
Layihənin məqsədi vətəndaş cəmiyyətini narahat edən, sosial şəbəkələrdə və internet mediada Azərbaycan dövlətinin milli maraqlarına təhlükə yaradan fəaliyyətə qarşı vətəndaş cəmiyyətinin barışmaz mövqeyini sərgiləyən ictimai müzakirələr təşkil etməkdir.