Abituriyentlər test tapşırıqlarının izahı ilə tanış ola bilər Hadisə

Abituriyentlər test tapşırıqlarının izahı ilə tanış ola bilər

İyunun 10-da keçirilmiş sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib. DİM-dən bildirilib ki, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində ödəniş etməklə əldə etmək mümkündür. Aprelin 1,15 və 29-da keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyası da (pdf formatında) elektron xidmətlər bölməsində yerləşdirilib.