“Azərbaycanın işğal altında saxlanılan torpaqları” Hadisə

“Azərbaycanın işğal altında saxlanılan torpaqları”

Elmi konfransın yekunlarına həcr olunmuş tədbir keçirilib

İyulun 11-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiəsi Təşkilatı İctimai Birliyi və Müharibə Veteranları Qadınlarının Sosial Müdafiəsinə Dəstək İctimai Birliyinin birgə təşəbüsü ilə Türkiyənin Ankara şəhərində, Türkiyə Orta Şərq İdarəçilik İnstitutunda "Azərbaycanın işğal altında saxlanan torpaqları" adlı elmi konfransın yekunları haqqında hesabat verilib. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafifə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov səfər haqqında danışıb, qardaş ölkədə keçirilən görüşlər haqqında ətraflı bilgi verib.
Eyni zamanda 2015-ci ildə TİKA Avrasiya uzmanı dr.Tayfun Atmaca, Türkiyə Turizm və Kültür bakanlığının yardımçısı Nizam Aksu və Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafifə Təşkilatı İctimai Birliyi və Müharibə Veteranları Qadınlarının Sosial Müdafiəsinə Dəstək İctimai Birliyinin razılığa gəldikləri birgə layihələr haqqında məlumat verilib.
Müharibə Veteranları Qadınlarının Sosial Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Rada Abbas bildirib ki, rəhbərlik etdiyi işçi qrupu Türkiyənin Kayseri şəhərində - Erciyes Universitetində "Sözdə erməni soyqırımı" adlı konfrans keçirib. Burada və eləcə də Ankarada Azərbaycan tarixi, erməni vəhşiliyini əks etdirən sərgi açılıb. Tədbirdə çıxışlar olub, Faiq İsmayılovun mövzu ilə bağlı yeni nəşr olunan kitabları iştirakçılara hədiyyə edilib. Tədbirdə səfərlə bağlı slayd da nümayiş etdirilib.

Uğur