Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
1 İyul 2019 17:00
1 736
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində bu həftə Samux rayonunun 2 qəsəbəsində vətəndaşlara qeydiyyat xidmətləri göstəriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, komitə tərəfindən təşkil olunan səyyar aksiyalar vətəndaşların elə yaşadıqları kənd və qəsəbələrdə qeydiyyat xidmətlərindən yararlanmasını təmin edir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası əhalinin rahat və əlçatan formada xidmətlərdən istifadəsinə, eləcə də ölkə üzrə leqal daşınmaz əmlakların sayının artmasına yönəlib.
Xidmətləri birbaşa ünvanlara aparan səyyar qeydiyyat aksiyasının fürsətlərindən bu həftə Samux rayonunun sakinləri yararlanacaq. Sosial kampaniya iyulun 1-2-də Samux rayonunun İnstitut qəsəbəsində (İnstitut binasının qarşısı), iyulun 3-5-də isə Qarayeri qəsəbəsində (Musiqi məktəbinin qarşısı) keçiriləcək. Vətəndaşlar saat 09:00-dan 17:00-dək yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, hüquqi yardım və məsləhət üçün də səyyar avtobusa müraciət edə bilər.
Qeyd edək ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası vaxta qənaəti təmin edir, sakinlərin qeydiyyat xidmətləri üçün digər yerlərə getməsinin qarşısını alır. Müasir şərait və operativ xidmət imkanları daha çox vətəndaşın eyni anda xidmətlərdən yararlanmasına şərait yaratmaqla məmnunluğu artırır.
15 Noyabr 16:55
1 183
14 Noyabr 19:54
1 666
14 Noyabr 19:10
1 806