Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
27 Avqust 2019 11:22
1 519
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin (AXA) “Səyyar Xidmət” Qrupu tərəfindən Füzuli, Beyləqan və ətraf rayonlardan olan mexanizatorlara lazımi xidmətlər göstərilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 49 mexanizatorun etibarlılıq müddəti bitən sürücülük vəsiqələri yeniləri ilə əvəz olunub. Bundan başqa, “Səyyar Xidmət” Qrupu tərəfindən 3 ədəd kənd təsərrüfatı texnikası qeydiyyata alınıb.
Sonda tədbir iştirakcılarına Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərə göstərilən xidmətlər barədə ətraflı məlumalar verilib. Həmçinin mexanizatorlara texniki təhlükəsizlik qaydaları və dövlət rüsumları barədə bukletlər paylanılıb.