SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
18 Sentyabr 2019 15:59
1 428
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56 min 462 müraciət daxil olub. Təhsil Nazirliyindən bildiriblər ki, 53 min 595 şagirdin digər təhsil müəssisələrinə yerdəyişməsinə icazə verilib, 2 min 86 sorğu hazırda icra edilir, 781 sorğudan isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.
Qeyd edək ki, yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 15-dən oktyabrın 15-dək müvəqqəti dayandırılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və alternativ qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.
4 Aprel 15:50
1 309
4 Aprel 09:04
1 617
3 Aprel 17:44
1 729