Bakıda tramvay xəttini sökənlər... – QSC sədri Hadisə

Bakıda tramvay xəttini sökənlər... – QSC sədri

Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə ziyan vurublar. Onu yenidən tikmək bir qədər çətindir. Amma bu barədə düşünülür. Prezident İlham Əliyevə də məruzə olunub.
Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov keçirdiyi mətbuat konfransında bildirib.
“Bakıda sıxlıqdır. Şəhər Abşeron yarımadasında yerləşdiyi üçün 3 tərəfdən su ilə əhatə olunub. Bakıya yalnız bir yerdən giriş, bir yerdən də çıxış var. Dənizədək inkişaf etmək olur. Tramvay xəttinin inşası üzərində çalışırıq. Xarici şirkətlərə müraciət etmişik. Özümüzünkülər də biznes-plan hazırlayır”, - Qurbanov deyib.