Aydın Bayramov: "Meydanda olarkən qarşındakı futbolçunun ulduz olmasını hiss etmirsən" - MÜSAHİBƏ
Pakistanlı nazir: Azərbaycan ilə Pakistan arasında rəqəmsal əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib - FOTO
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib
Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib
19 Dekabr 2019 14:24
2 016.jpg)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) flaminqo görmək istəyənləri milli parklara dəvət edib.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərlər milli parklara dəvət edilir: "Göz oxşayan füsünkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətinizi təbiət qoynunda keçirmək istəyirsinizsə qış tətili günlərində milli parklarımıza səyahət edin. Siz Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə edə bilərsiniz".
Qeyd edək ki, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş gəlir.
.jpg)
.jpg)
.jpg)
.jpg)