“Rəqəmsal bacarıqlar artıq zərurətdir”
14 May 20:12
14 May 20:12
14 May 20:11
24 Dekabr 2019 13:51
2 016
Oğuz rayonunda tütünçülüklə məşğul olan 40 fermerə bu il istehsal etdikləri quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına hər tonuna 50 manat hesabı ilə 8524 manat subsidiya veriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, subsidiyanın verilməsi ilə bağlı sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim olunub. Komissiyanın iclasında tütün istehsalçılarına subsidiyanın verilməsi barədə qərar qəbul edilib. İstehsalçılara ödəniləcək subsidiya dekabrın 24-də artıq onların bank (fermer) kartlarına köçürülüb. Fermerlər bu gündən etibarən subsidiyanı istədikləri vaxt bankdan götürə bilərlər.
Qeyd edək ki, builki mövsümdə Oğuz rayonunun təsərrüfatlarında 110 hektar sahədə tütün əkilib. Fermerlər 90 hektarda “Virciniya botaniki” növlü, 20 hektarda isə yerli tütün sortları yetişdiriblər. Təsərrüfatlarda tütünün dərimi və qurudulması prosesi artıq başa çatıb. Oğuzlu fermerlər cari mövsümdə 215,6 ton quru tütün istehsal ediblər.
14 May 18:39
1 064
14 May 18:38
1 092
14 May 18:38
1 057