14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
30 Dekabr 2019 15:15
2 100
Azərbaycanda qaçqın statusu almış ailələrin uşaqlarının və Xidmət əməkdaşlarının övladlarının iştirakı ilə Dövlət Miqrasiya Xidmətində (DMX) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
DMX-dən bildiriblər ki, tədbir gələcəyimiz olan uşaqlar arasında dostluq və qardaşlıq bağlarının qurulmasına, qaçqın ailələrin övladlarının cəmiyyətə inteqrasiyasına, yeni dostlar qazanmasına, həmyaşıdlar arasında səmimi ünsiyyət qurulmasına töhfə olub.
Miqrasiya Könüllülərinin iştirakı ilə keçirilən tədbirdə Yeni ilin əvəzolunmaz personajları Şaxta baba və Qar qız, sevimli nağıl qəhrəmanlarının maraqlı çıxışları, eləcə də alov və şar şousu, üzboyama və digər əyləncələr uşaqlara xoş bayram əhval-ruhiyyəsi yaşadıb. Tədbirdə Ombudsman Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Turan Cahangirova da iştirak edib.