14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
31 Yanvar 2020 15:01
1 547
"2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış fərarilik cinayətləri 28,6% azalıb".
Bunu Respublika Hərbi Prokurorluğunda ilin yekunlarında dair keçirilən kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev bildirib.
O qeyd edib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə Silahlı Qüvvələrdə qeydə alınmış hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 % azalıb: " 2019-cu ildə qeydə alınmış xuliqanlıq cinayətləri isə 14,3% azalıb".
Hərbi prokuror bildirib ki, ötən illərdə olduğu kimi, 2019-cu ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib: “Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb”.