Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
ARDNŞ aldığını satdı

ARDNŞ aldığını satdı Hadisə

ARDNŞ aldığını satdı

Ərdoğanın səfəri ərəfəsində şirkətin "Star" Media Qrupundakı payını satdığı açıqlanıb

"Star" Media Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey Enerji"nin media qrupda sahib olduğu payın hamısını alıb".
Bunu APA-nın Türkiyə təmsilçisi ilə söhbətində "Star" Media Qrupu İdarə Heyətinin sədri, iş adamı Əthəm Sancak deyib.
Ə.Sancak bildirib ki, məsələ heç bir anlaşılmazlıq olmadan həllini tapıb: "Biz onların qərarına sayğı ilə yanaşdıq. Hər şey dostluq şəraitində baş tutdu. SOCAR öz hissələrinin hamısını bizə satdı".
Qeyd edək ki, "Star" Media Qrupu 2013-cü ilin aprelində "Star" qəzeti və "Kanal 24" televiziyasının daxil olduğu "Star Medya Yayıncılık", "Star Medya Ajans", "Star Matbaacılık" və "Dinamik Radyo" şirkətlərinin hər birinin hissələrinin 50%-ni "SOCAR Turkey Enerji"yə satıb. Lakin bir müddət əvvəl "SOCAR Turkey Enerji" media fəaliyyətindən çəkilmək barədə qərar qəbul edib.
ARDNŞ-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev bildirib ki, şirkət beynəlxalq biznes şirkətidir və iqtisadi səmərəliliyindən asılı olaraq, təmsil etdiyi qurum müxtəlif aktivlər alır və iqtisadi cəhətdən sərfəli olduğu halda satır. Onun sözlərinə görə, bu, aktivlərin bazar qiymətinin dəyişkən olması və iqtisadi səmərəliliyi ilə əlaqədar məsələdir.
"SOCAR Turkey Enerji" şirkətinin rəhbəri Kənan Yavuz isə mediaya sahib olduqları müddətdə ona kifayət qədər vaxt və zaman ayıra bilmədiklərini deyib: "Türkiyənin ən böyük layihəsini həyata keçirdiyimiz üçün biz media layihələrindən çəkilməli olduq və bu layihələrdə daha böyük nəticələr əldə etmək fikrindəyik".
Maraqlıdır ki, "SOCAR Turkey Enerji"nin media fəaliyyətindən çəkilmək barədə qərarı Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində açıqlanıb.