7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb Hadisə

7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb

Əfv sərəncamı əsasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb.
APA-nın məlumatına görə, müəssisədən azadlığa buraxılan ən yaşlı məhkum 1945-ci il təvəllüdlüdür. Digər məhkumlardan 2 nəfər 1952-ci il, 1 nəfər 1953-cü il, 1 nəfər 1954-cü il, 1 nəfər isə 1955-ci il təvəllüdlüdür.
Əfv edilən 6 məhkum cəzaçəkmə müəssisəsində həkim müayinəsindən keçirilərək azadlığa buraxılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq aprelin 6-da əfv sərəncamı imzalayıb.
Əfs sərəncamı 176 nəfərə şamil olunub.