Dövlət Komitəsində kadr dəyişiklikləri Hadisə

Dövlət Komitəsində kadr dəyişiklikləri

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri aparılıb. Komitədən APA-ya verilən məlumata görə, sədr Mübariz Qurbanlının əmri ilə komitənin ümumi, qərb və aran şöbələrinə yeni rəhbərlər təyin olunub.
Dövlət Komitəsinin bütün sənəd dövriyyəsi, əmr, sərəncamların qeydiyyatı, ərizə və məktubların icra vəziyyətinə nəzarət və kadr uçotunu həyata keçirən ümumi şöbəyə Alim Əli oğlu Süleymanov təyin olunub. Gəncə şəhərini və Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Goranboy, Samux, Göygöl, Daşkəsən, Tovuz, Naftalan, Kəlbəcər rayonlarını əhatə edən qərb şöbəsinə Asif Nurəddin oğlu Əliyev təyinat alıb. Sədrin daha bir əmri ilə Şirvan şəhərini, Hacıqabul, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarını əhatə edən aran şöbəsinə Cavanşir Balamirzə oğlu Bəhramov təyin edilib.
Aran və qərb şöbələrinin rəhbərləri dövlət qulluğu üzrə keçirilən imtahanlarda da iştirak ediblər.