Şəhidlərimizin övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Mikayıl Cabbarov: İslahatlar investisiya mühitini gücləndirib və qeyri-neft ixracını stimullaşdırıb
Komitə sədri Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının prefekti ilə görüşüb
8 Aprel 2020 17:04
1 750
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Qəbələ rayonunda aztəminatlı ailələrin, ahıl, tənha vətəndaşların sosial ehtiyaclarının ödənilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə bu günədək 250-dən çox aztəminatlı ailəyə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımı olunub. Belə sosial aksiyalar növbəti günlərdə də davam etdiriləcək.
Rayon icra hakimiyyəti tərəfindən yaradılan mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarının yerinə yetirilməsi üçün əhali arasında mütəmadi olaraq maarifləndirmə və izahat işləri aparır, vətəndaşlardan karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etmələri tələb olunur, onlara evdə qalmaq, küçəyə çıxmamaq tapşırılır.
Eyni zamanda, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonun idarə və müəssisələrində, Qəbələ şəhərinin prospekt və küçələrində, parklarda, yaşayış məhəllələrində, həmçinin qəsəbə və kəndlərdə dezinfeksiya işləri də davam etdirilir. Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan verilən məlumata görə, indiyədək rayonda fəaliyyət göstərən 68 ümumtəhsil məktəbində, 23 uşaq bağçasında, Peşə Təhsil Mərkəzində, mədəniyyət ocaqlarında, 20 idarə və müəssisədə, 78 ərzaq mağazasında, 33 digər təyinatlı obyektdə, həmçinin Qəbələ şəhərində 15 çoxmənzilli yaşayış binasında, 11 əsas küçədə, 3 parkda sanitar-dezinfeksiya işləri aparılıb və bu istiqamətdə işlər davam etdirilir.