Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
13 Aprel 2020 18:01
2 821
Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə 15 manat dövlət rüsumu ləğv edilir.
Bu, Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən növbəti onlayn iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Qanuna təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.
10:39
1 064
15 May 18:39
1 449
15 May 18:37
1 358