“Gəlsinlər, Qubadakı kütləvi məzarlığı görsünlər” Hadisə

“Gəlsinlər, Qubadakı kütləvi məzarlığı görsünlər”

Səfər Karakoyunlu: "Hər addımda erməni vəhşilikləri olub"

"Bu gün qondarma erməni soyqırımından bəhs edənlərin mütləq Qubaya gəlib oradakı kütləvi məzarlıqla tanış olması lazımdır".
Belə bir açıqlama ilə çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu deyib ki, Azərbaycanın əksər bölgələrində belə kütləvi məzarlıqlar mövcuddur: "Deməli buranın hər qarışında türkün qanı axıdılıb, hər addımda erməni vəhşilikləri olub".
İSTAD sədrinin sözlərinə görə, bu gün Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etsə də, lakin qalib durumda deyil: "Çünki bu gün Azərbaycan Qafqazın parlayan ulduzudur. Hər ötən gün bu inkişafı görürük. Bu onu deməyə əsas verir ki, biz torpaqlarımızı mütləq geri alacağıq".