Azərbaycan qumbaraatan mərmiləri istehsal edəcək Hadisə

Azərbaycan qumbaraatan mərmiləri istehsal edəcək

Azərbaycan yaxın vaxtlarda 3 növ qumbaraatan mərmisinin istehsalına başlayacaq.
APA-nın məlumatına görə, yeni mərmilər ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində nümayiş etdirilib.
Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun APA-ya verdiyi məlumata görə, bunlar RPQ-7 əl qumbaraatanları üçün kumulyativ, kumulyativ-tandem və termobarik döyüş sursatlarıdır.
"Yaxın vaxtlarda hər üç növ döyüş sursatının seriyalı istehsalına başlayacağıq. Artıq bunun üçün müvafiq istehsal sahəsi yaradılıb", - deyə A. Məmmədov vurğulayıb.
Nazirlik rəsmisi artıq MSN-in Serbiya şirkəti ilə birlikdə barabanlı əl qumbaraatanlarının istehsalına başladığını da qeyd edib.