13:08
217.jpg)
MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) İranda 400 kiloqramdan çox zənginləşdirilmiş uranın harada saxlanıldığını hələ də bilmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə agentliyin Vyanada dərc olunan İran üzrə texniki hesabatında bildirilib.
"Potensial olaraq hərbi məqsədlər üçün də istifadə edilə bilən materialların yoxlanılması məqsədilə obyektlərə giriş icazəsinin verilməməsi və məlumatların olmaması ciddi narahatlıq doğurur. Vəziyyət ən qısa müddətdə tənzimlənməlidir", - deyə EFE agentliyinin cümə axşamı MAQATE-yə istinadən yaydığı məlumatda bildirilir.
Eyni zamanda, EFE-nin məlumatına görə, MAQATE vurğulayıb ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr misli görünməmiş vəziyyət yaradıb, lakin qurum agentliyin ölkədəki yoxlamalarının mümkün qədər tez bərpa olunmasını "son dərəcə vacib" hesab edir.
Məryəm Quliyeva