TƏBİB-in xidmət sahələrilə bağlı göstərişləri Hadisə

TƏBİB-in xidmət sahələrilə bağlı göstərişləri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.
TƏBİB-in ictimai iaşə müəssisələrinsə infeksiyanın profilaktikası ilə bağlı göstərişlərini oxucularımıza təqdim edirik.
Qeyd edək ki, sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür.
Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.
Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

ÜMUMİ GÖSTƏRİŞLƏR

Xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlər:
• Müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı
və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması;
• Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;
• Bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin
edilməsi;
• Birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;
• Əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə (zəruri sahələrdə) təmin
olunması;
• Xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın
təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi;
• İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;
• Müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya
edilməmələrinin təmin olunması;
• Ehtimal edilən yoluxma riskinin azaldılması məqsədi ilə təchizatçılar və müştəri
lər ilə rəhbərlik tərəfindən təyin olunmuş eyni əməkdaşların ünsiyyətdə olması;
• Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi;
• Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin 1m-dən az olmamasının
təmin edilməsi;
• Qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin 2 m-dən az olmamasının təmin edilməsi;
• Zalların və otaqların mütəmadi havalandırılması;
• İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;
• Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;
• Müştəriləri məlumatlandırmaq məqsədilə infoqrafın müəssisənin giriş-çıxış qapılarında, soyuducuların qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdə asılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlakçıya təqdim olunması.

TƏMİZLİK VƏ DEZİNFEKSİYA İŞLƏRİ

• Həyata keçirilən təmizlik-dezinfeksiya işləri xidmətin növü, təmasda olunan məhsulların xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzind mütəmadi olaraq əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

• Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdı-
rılır;
• Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;
• Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaş-
dırılması məqsədilə isti sudan istifadə edilir;
• Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təli-
matına uyğun olaraq tətbiq edilir.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

• İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;
• Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;
• Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədildezinfeksiyaedic məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;
• Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;
• Dezinfeksiya işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;
• Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra hava-
landırılmalıdır;
• Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində töv-
siyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Səthlərdə virusun qalma müddəti Xidmət sahələrində dezinfeksiya edilməsi vacib
olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

• Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
• Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
• İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və
onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
• Msulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli
məhlul və ya digər);
• Çoxmərtəbəli müəssisəldəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt
tərkibli məhlul və ya digər);
• Döşəmələr (xlor tərkibli məhlul və ya digər);
• ducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
• Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);
• Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
• Anbarlar (xlor tərkibli məhlul və ya digər);
• ların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
• Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
• Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);
• Kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).

İşçi heyətinin şəxsi gigiyenası

• Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmas-
dan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən,
pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya
dezinfeksiyasına nəzarət edilməlidir;
• İşçi heyətin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.

Tibbi maskalardan ümumi istifadə qaydaları:

• Qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir;
• Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boş
luqları minimuma endirmək şərti ilə taxılmalıdır;
• İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;
• Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissə-
sinə toxunmaq olmaz, arxhissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);
• Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;
• Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;
• irdəfəliaskalardan təkrar istifadə edilməməlidir;
• Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənar-
laşdırılması vacibdir.

Əllərin gigiyenasına dair tövsiyələr:

• Əllər axar su ilə isladılmalı və sabun ilə sürtülməlidir;
• Əllər sabunla birlikdə ovuşdurulmalıdır. Barmaqların və dırnaqların arası yaxşı
sabunlanmalıdır;
• Sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalıdır;
• axar suyun altında mükəmməl durulanmalıdır;
• Əllər təmiz salfetlərlə qurulanmalıdır;
• Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiya
edici məhlullardan istifadə edilməlidir.
• İş zamanı özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi
(qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı,
tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin
şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;
• İşə gəlməzdən əvvəl özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən
işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər
verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması
məqsədi ilə 103 TTTY müraciət etməlidir;

Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

• Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx
təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana
qədər onlar evdə izolyasiya olunmalıdır.
• Onlayn növbə qəbul sisteminin tətbiqi;
• Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;
• İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
• Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə
olunmalıdır;
• Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
• Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və
əlcəkdən istifadəsi məcburidir;
• Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
• Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq
dezinfeksiya edilməlidir;
• Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
• Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

FƏRDİ TƏDRİS VƏ REPETİTOR XİDMƏTLƏRİ

• Onlayn tədris prosesinə üstünlük verilməlidir;
• Fərdi tədris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;
• Tibbi maskadan istifadə etmək məcburidir;
• Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);
• Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;
• Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;
• Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq
havalandırılmalıdır.

KİTAB, QƏZET VƏ DƏFTƏRXANA MALLARININ SATIŞI

• Onlayn satışlara üstünlük verilməlidir;
• Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir;
• Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin
özünə xidməti məhdudlaşdırılmalıdır;
• Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilə təmin olunmalıdır;
• Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır;
• Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdiril-
məlidir;
• İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası
qaydasına uyğun icra edilməlidir.

GEYİM SATIŞI

• Dəyişmə otaqlarından istifadə qadağandır;

KOSMETİKA VƏ ƏTRİYYAT SATIŞI

• Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;

QIZIL, DİGƏR BƏZƏK ƏŞYALARININ SATIŞI VƏ LOMBARD FƏALİYYƏTİ

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya
edilməlidir.

MOBİL CİHAZLARIN, EHTİYAT HİSSƏLƏRİNİN VƏ AKSESUARLARININ SATIŞI VƏ TƏMİRİ

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya
edilməlidir.

FƏRDİ MƏNZİLLƏRDƏ TƏMİZLİK XİDMƏTLƏRİ

• Xidmət göstərən şəxs fərdi qoruyucu vasitədən istifadə etməlidir;
• Mənzilə daxil olduqda şəxsi gigiyena qaydalarına əməl olunmalıdır (20 saniyədən az olmamaq şərti ilə əllərin yuyulması və s.);
• Dəvət edən xidmət edəni xüsusi ayrılmış dəsmal, qida üçün nəzərdə tutulmuş dəst ilə təmin etməlidir;
• Dəvət edən özündə respirator simptomlar hiss etdikdə, xidmət edən şəxsi dəvət
etməkdən çəkinməlidir.
• Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;
• Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;
• Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi
personalı müvafiq təlim keçməlidir;
• Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan
vətəndaşların məsafədən termometriyası aparılmalıdır;
• Hərarəti yüksək olan və infeksiya simptomları olan şəxsr tibb məntəqəsində
izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət
yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisənə
göndərilməlidir;
• Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları
müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.

DİGƏR SAHƏLƏR
• Hər 2-3 saatdan bir ümumi zallar, qida qəbulu otaqları (masaların üstü hər istifadədən sonra) dezinfeksiya edilməlidir;

YEKUN MÜDDƏALAR

• Sosial məsafə tədbirlərini tətbiq etməyə davam edin;
• Əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə müəssisənizə uyğun
prosedur təsis edib tətbiqini təmin edin;
• Növbəlik prinsipini tətbiq edin;
• Tibbi maskaların məcburi istifadəsini təmin edin;
• Girış-çıxış zonalarında və digər görünən yerlərdə maarifləndirici məlumatların əks olunmasının təmin edin;
• Dezinfeksiya və sterilizasiya işlərini gucləndirin.