Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
13 May 2020 15:38
2 023
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda koronavirusun minlərlə ştammının genom məlumatlarının sürətli analizi üçün yeni bioinformatik proqramı hazırlanıb.
Akademiyadan verilən məlumata görə, yeni bioinformatik proqramdan istifadə etməklə 77 ölkəni əhatə edən 17 983 ədəd SARS-CoV-2 genomunun müqayisəli təhlili həyata keçirilib.
Müxtəlif ölkələrin genom verilənləri referens genomla, eləcə də öz aralarında müqayisəli analiz edilib, onların variasiya tipləri (TNP, insersiya, delesiya, indel), təsir gücü, mutasiyanın baş verdiyi regionlar, əvəzolunmalar, mutasiyaya uğrayan genlər, kodonlar, amin turşuları, həmçinin mutasiyanın aşkar olunduğu ştamların sayı müəyyən edilib.
Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq böyük genom verilənlərinin çoxistiqamətli analizi nəticəsində əldə edilən nəticələrin asan istifadəsini təmin etmək məqsədilə yeni veb-səhifə (ncov.bioset.org) yaradılaraq tədqiqatçıların ixtiyarına verilib. Veb-səhifə virusun genomunda baş verən mutasiyaların mənşəyi və izlənilməsi, eləcə də yeni genomlarla müqayisəli analizi üçün əhəmiyyətli baza rolunu oynaya bilər.
15 Noyabr 16:55
1 127
14 Noyabr 19:54
1 617
14 Noyabr 19:10
1 743