Qərargah: Naxçıvandan Bakıya uçuşlar bərpa edilən zaman müəyyən qaydalar tətbiq olunacaq Hadisə

Qərargah: Naxçıvandan Bakıya uçuşlar bərpa edilən zaman müəyyən qaydalar tətbiq olunacaq

“Naxçıvandan Bakıya uçuşlar bərpa edilən zaman müəyyən qaydalar tətbiq olunacaq”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, Naxçıvandan gələnlərə karantin rejiminin tətbiq olunması ilə bağlı hələ ki, bir rəy yoxdur : “Gələcək günlərdə bu qaydalar açıqlanacaq”.