WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək
İran saxlanılan tankerlerin pozuntularına dair sənədləri ABŞ-a göndərdiyini bildirir
Hadrut və Tuğda yenidənqurma işləri ilə bağlı iclas keçirilib, tapşırıqlar verilib
WUF13-lə bağlı müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsiylə bağlı dövlət nəzarəti mexanizmi yaradılır
29 May 2020 19:30
2 331
Nazirlər Kabineti yanında Operativ Qərargah şadlıq saraylarının işini bərpa edib-etməyəcəyinə münasibət bildirib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, son iki-üç gün ərzində yumşalma və sərbəstlik artdıqca, yoluxmaların sayında da artım olub. Bu fonda toyların keçirilməsi və şadlıq saraylarının işləməyə başlaması bir qədər problemli görünür: "Hər şey yoluxmanın sayından və bizim özümüzün sosial məsuliyyətindən asılıdır. Bəlkə də yoluxmaların sayı artmasaydı, biz bu gün burda daha çox yumşalmadan danışardıq. Amma 230 nəfərin bir gündə virusa yoluxması artıq böyük rəqəmdir. Dövlətin öz vətəndaşlarını qorumaq kimi bir məsuliyyəti var. Ona görə də hər şey yoluxmanın səviyyəsindən asılıdır”.