İran Hörmüz boğazını açmaq üçün Vaşinqtona 7 günlük plan təqdim edib
Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
UKMTO Yəmən sahillərində qaz daşıyan gəminin atəşə tutulduğunu bildirib
Fars körfəzində daha bir süpertanker minaya düşərək partlayıb
Yunanıstan "Patriot" raketlərini Ukraynaya verməkdən imtina edib
5 İyun 2020 12:33
2 793
Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində silahlı insident olub.
APA-nın Gürcüstan bürosunun yerli sakinlərə istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə kəndin Cala adlanan ərazisində baş verib.
Məlumata görə, hadisə zamanı kənd sakini, iki uşaq atası olan İ.Z baş və bədən nahiyəsindən vurularaq qətlə yetirilib.
Cinayətin mübahisə zəminində baş verdiyi bildirilir. Ölən şəxsin meyiti tibbi ekspertiza üçün Rustavi şəhərinə aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb edilib, faktla əlaqədar saxlanılanlar var.