Jurnalistlər üçün yeni müsabiqə Hadisə

Jurnalistlər üçün yeni müsabiqə

AMŞ, TİKA və Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi "Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq" mövzusunda müsabiqə elan edib

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi, Azərbaycan Mətbuat Şurası və Türkiyə Nazirlər Kabinetinin Türk Əməkdaşlıq və Koodinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin rolunun, türk dünyasına təsiri imkanlarının tədqiqi istiqamətindəki jurnalist fəaliyyətini stimullaşdırmaq məqsədilə "Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq" mövzusunda müsabiqə elan edir.
Müsabiqəyə təqdim olunacaq yazılar üçün "Türkdilli Ölkələrin və Toplumların Media Forumu: ideyanın yaranması, təşəkkülü və gələcəyə baxış" istiqaməti müəyyənləşdirilib.
Müsabiqədə 3 yer nəzərdə tutulub.
Müsabiqənin qalibi Türkdilli Ölkələrin və Toplumların noyabrın 15-də Şimali Kiprdə keçiriləcək IV Forumunda iştirak hüququ əldə edəcək.
Müsabiqədə ikinci və üçüncü yerə layiq görülmüş jurnalistlər Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə bu ölkənin müxtəlif yerlərinə təşkil ediləcək turlarda iştirak hüququ qazanacaqlar. Turların vaxtı barədə qaliblərə əlavə məlumat veriləcək.
Müsabiqədə yer tutacaq şəxslərin adları noyabrın ayının 5-dək açıqlanacaq.
Müsabiqəyə 03-30 oktyabr 2014-cü il tarixlərində qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda "Yazı Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin, Azərbaycan Mətbuat Şurasıın və TİKA-nın Bakı nümayəndəliyinin "Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur" qeydi olmalıdır.
Müsabiqə üçün yazılar 03-30 oktyabr 2014-cü il tarixlərində həftənin iş günləri saat 11.00-dan 16.00-dək Bakı şəhəri, Səməd Vurğun 134 ünvanında - Türkiyənin Azərbaycandakı Səfirliyində qəbul ediləcək.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

XC