Nikahdan kənar doğulan uşaqların sayı artıb Hadisə

Nikahdan kənar doğulan uşaqların sayı artıb

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. Ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 21453 uşaq dünyaya gətirilib. Bu rəqəm 2018-ci ildə 20 716, 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub. Son 6 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin il qeyri-rəsmi nikahdan dünyaya gələn uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib. 2019-cu ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı ölkədə bütün diri doğulan uşaqların 15,2 faizini təşkil edib. Qeyri-rəsmi nikahdan uşaqlar daha çox kənd yerlərində doğulub.
2013-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 10 892 nəfəri şəhər, 14 177 nəfəri kənd, 2014-cü ildə 9772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.
2018-ci ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən şəhər yerlərində 7509, kənd yerlərində 13 207 uşaq, 2019-cu ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən şəhər yerlərində 7790, kənd yerlərində 13 663 uşaq dünyaya gətirilib.