Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi
İşğaldan azad edilən ərazilərdə layihələrə 1 milyard 761 milyon manat xərclənib
Gələn həftədən məktəblərdə beşgünlük payız tətili başlayacaq
Naxçıvan gömrüyündə şirə və enerji içkisi yükündə külli miqdarda narkotik aşkarlanıb - FOTO
ADY rəhbərliyi nəqliyyat, logistika və turizm sahələri üzrə ekspertlərlə görüşdü
6 İyul 2020 16:18
3 801
Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən zaman jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.
İsmayıl Babayev barəsində toplanan materiallar baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
İsmayıl Babayev məhkəmənin qərarı ilə 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, İsmayıl Babayev ötən gün "Fairmont Baku" hotelində keçirilən əməliyytdan sonra özünün “Instagram”ında jurnalistləri təhqir edib.
"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", - deyə o, “Instagram” hesabında paylaşdığı videoda bildirib.
Qeyd edək ki, İsmayıl Babayev iş adamı Fətulla Babayevin oğludur.
Xatırladaq ki, İsmayıl Babayev ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili ilə Nərimanov rayonu ərazisində qəza törətmiş, üç avtomobili yararsız hala salmışdı.