Fon der Leyen Aİ sammitində Ukrayna ilə bağlı sualları cavablandırmaqdan imtina edib
BP: AÇG-də hasilatın 2026-cı ili artımla başa vuracağı gözlənilir
Türkiyənin 42 vilayətində kiberdələduzluq əməliyyatı: 74 nəfər saxlanılıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Misirli diplomat Rusiya xalqının birlik ili münasibətilə təşkil olunan konsertdə iştirak edib
14:08
357
Türkiyədə vətəndaşların şəxsi və maliyyə məlumatlarının qanunsuz toplanması və satılmasında şübhəli bilinən qrupa qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat İstanbul prokurorluğunun koordinasiyası ilə eyni vaxtda 42 vilayətdə baş tutub.
Xalqcebhesi.az xəbər verir ki, istintaqın məlumatına görə, şübhəli şəxslər vətəndaşların ad, soyad, telefon nömrələri və şəxsiyyət nömrələrini qanunsuz yolla əldə edərək, daha sonra bu məlumatları messencerlər və sosial şəbəkə qrupları vasitəsilə satıblar. Cinayətkarların müəyyən edilməsi üçün İstanbul polisi tərəfindən hazırlanmış süni intellekt əsaslı AVCI tətbiqindən istifadə olunub.
İstintaq həmçinin müəyyən edib ki, oğurlanmış məlumatlar hədə-qorxu və şantaj, hesablara icazəsiz giriş əldə etmək üçün, bank və kredit məlumatları isə alış-veriş etmək məqsədilə istifadə edilib. Ümumilikdə 101 şübhəli barəsində saxlanılma orderi verilib. Əməliyyat zamanı 74 nəfər saxlanılıb, digərlərinin axtarışları davam edir.
Məryəm Quliyeva