14:45
189![]()
ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatı cümə günü ölkənin cənubundakı Sirik sahillərində yerləşən Kuhestak rayonunda İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən ələ keçirilərək məhv edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
"Bir neçə saat əvvəl təcavüzkar Amerika düşməninə məxsus MQ-1 pilotsuz uçuş aparatı ölkənin Birləşmiş Hava Hücumundan Müdafiə Qərargahının vahid şəbəkəsində fəaliyyət göstərən İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin yeni HHM sistemi tərəfindən Kuhestak rayonunda (Sirik sahili) ələ keçirilib, vurularaq məhv edilib", - deyə İranın dövlət teleradio şirkətinin istinad etdiyi məlumatda bildirilir.
Ordudan bəyan edilib ki, İranın ərazi bütövlüyünü, dəniz sərhədlərini və maraqlarını qorumaqda bir an belə tərəddüd etməyəcəklər.
Məryəm Quliyeva