Naxçıvan gömrüyündə şirə və enerji içkisi yükündə külli miqdarda narkotik aşkarlanıb - FOTO Hadisə

Naxçıvan gömrüyündə şirə və enerji içkisi yükündə külli miqdarda narkotik aşkarlanıb - FOTO

“Meyvə şirəsi və enerji içkisi” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb.

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Qurumdan verilən məlumata görə, “Şahtaxtı” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Almaniya Federativ Respublikasına “meyvə şirəsi və enerji içkisi” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli təsvirlər müşahidə edilib, eyni zamanda bəzi qutuların xarici görünüşlərinin digərlərindən fərqlənməsi üçün yandırılaraq işarələndiyi məlum olub.

Kinoloji xidmət itinin təbiqi ilə davam etdirilən yoxlama zamanı 11 qutudakı 84 ədəd şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye olduğu müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan tədqiqat nəticəsində xüsusi üsullarla gömrük nəzarətindən gizlədilən həmin butulkalardakı maddənin maye halında xalis təmiz çəkisi29 kiloqram 485.111 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetaminolduğu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Naxçıvan gömrüyündə şirə və enerji içkisi yükündə külli miqdarda narkotik aşkarlanıb - FOTO Naxçıvan gömrüyündə şirə və enerji içkisi yükündə külli miqdarda narkotik aşkarlanıb - FOTO