Keniyada tikilməkdə olan bina çöküb: azı 6 nəfər ölüb Dünya

Keniyada tikilməkdə olan bina çöküb: azı 6 nəfər ölüb

Nayrobidə tikilməkdə olan səkkizmərtəbəli binanın çökməsi nəticəsində azı altı nəfər həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Citizen Digital" xəbər portalı məlumat yayıb.

Hadisə yerində qəza-xilasetmə xidmətləri işləyir. Nəşrin qeyd etdiyinə görə, dağıntılar altında insanların qaldığı ehtimal olunur.

İlkin məlumata əsasən, yuxarı mərtəbəarası örtük tavasının yerindən tərpənməsi konstruksiyanın bir hissəsinin çökməsinə səbəb olub. Hadisə baş verən zaman obyektdə inşaatçılar olub.

Məryəm Quliyeva