Fon der Leyen Aİ sammitində Ukrayna ilə bağlı sualları cavablandırmaqdan imtina edib Dünya

Fon der Leyen Aİ sammitində Ukrayna ilə bağlı sualları cavablandırmaqdan imtina edib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Dublində keçirilən Aİ-nin qeyri-rəsmi sammitinə gələrkən jurnalistlərin Ukrayna ilə bağlı çoxsaylı suallarını cavablandırmaqdan imtina edib.

Xalqcebhesi.az xəbər verir ki, media nümayəndələrinə yaxınlaşan AK rəhbəri yalnız qısa bəyanatla kifayətlənib. O, yenidən Aİ-nin guya Ukrayna üzrə danışıqlarda "təmsil olunduğunu" iddia etməyə çalışıb və Aİ-nin növbəti sammitinə qədər "Ukraynanın Avropa tərəfindən maliyyələşdirilməsi planını və Rusiyaya qarşı 22-ci sanksiyalar paketini" təqdim edəcəyini vəd edib.

Bundan sonra Ukrayna ilə bağlı ünvanlanan suallara isə fon der Leyen sadəcə başını tərpədərək heç bir söz demədən uzaqlaşıb.

Məryəm Quliyeva