

Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması müddəti azaldılıb
Estoniya Azərbaycanla Ermənistan arasında müsbət dinamikanın davam edəcəyinə ümid edir
Qazaxıstanda naməlum PUA partlayıb, hava məkanına nəzarət gücləndirilir
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar müəyyənləşib
Xəstələrin ev şəraitində müalicə edilməsi ilə bağlı qərarın verilməsinə bəzi başqa amillər də təsir göstərir.
Bunu COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.
Onun sözlərinə görə, xəstənin evdə müalicəsinin aparılması üçşün müvafiq şərtlər var.
N.Seyidov qeyd edib ki, bütün pasiyentlər evdə müalicə oluna və müşahidə altında saxlanıla bilməz:
“Evdə müalicənin aparılması üçün tibbi xüsusiyyətlə yanaşı, sosial faktorlar da nəzərə alınır. Xəstənin sosial, məişət şəraiti, onun öz simptomlarını monitorinq etmə, simptomların dəyişməsi zamanı yardım istəmə bacarığı, evdə digər ailə üzvünün olması kimi hallar pasiyentin evdə müşahidə altında saxlanılması kimi qərarın qəbul edilməsinə təsir göstərir. Bütün lazımı tədbirlər görülür ki, evdə müşahidə altında saxlanılan və müalicə olunan pasiyentlər ağırlaşma halları ilə üzləşməyən şəxslər olsun”.