Mübariz Qurbanlıdan yeni təklif Hadisə

Mübariz Qurbanlıdan yeni təklif

"Radikal qrupların gəlir mənbələrinin qarşısı alınmalıdır"

"Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlər yüksək səviyyədədir". Bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaim Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə deyib.
Görüş zamanı səfir dini radikalizm meyillərinin getdikcə daha çox gücləndiyi müasir dünyamızda ekstremist qruplara qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.
Radikal və ekstremist qrupların İslamla heç bir əlaqəsi olmadığını qeyd edən Mübariz Qurbanlı hazırda İslam ölkələri arasında belə qruplaşmalara ən az azərbaycanlıların qoşulduğunu vurğulayıb. O, dini maarifləndirmənin gücləndirilməsi, radikal qrupların gəlir mənbələrinin qarşısının alınması və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsinin radikalizmlə mübarizənin mühüm elementləri olduğuna diqqət çəkib.