14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
25 İyul 2020 16:05
4 333
Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqdadır. Şikayəti yoxdur, bədən hərarəti normaldır, fəaldır.
Bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı son vəziyyəti açıqlayarkən dedi.
Onun sözlərinə görə, Əməkdar artist B.Bağırzadə yaxın günlərdə reanimasiya şöbəsinə, adi palataya köçürüləcək:
"Əvvəlki məlumatlarda qeyd etdiyimiz kimi, bir həftədən artıq müddətdə xəstənin traxiyastoması qapalı saxlanılmışdır və bununla tənəffüsün təbii yolla olması təmin edilmişdir. Artıq biz buna tam əmin olduqdan sonra bu gün həmin traxiyastomik boru çıxarıldı. B.Bağırzadənin yaxın günlərdə reanimasiya şöbəsinə, adi palataya köçürülməsi nəzərdə tutulur".
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. O, iyulun 2-də ECMO-dan ayrılıb.