6 Avqust 2020 12:24
2 149
Türkiyədən Azərbaycana növbəti tibbi ləvazimat partiyası göndəriləcək.
Bu barədə "Resmi Gazete"yə istinadən xəbər verir.
Məlumata görə, tibbi ləvazimatlar ölkəmizə Azərbaycan hökuməti ilə səhiyyə sahəsində yardım edilməsinə dair iyunun 6-da imzalanan memoranduma uyğun olaraq gətiriləcək.
Türkiyədən Azərbaycana 30 ədəd süni tənəffüs aparatı, 35.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndəriləcək.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA