“Kağız zəmanətlər Rusiyanı dayandırmaz”
18 Dekabr 19:29
18 Dekabr 19:29
18 Dekabr 19:19
18 Dekabr 18:29
18 Dekabr 17:41
14 Sentyabr 2020 10:11
1 806.jpg)
Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, ilk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.