Müdafiə Nazirliyi bəyanat verdi Hadisə

Müdafiə Nazirliyi bəyanat verdi

"Məsuliyyət İrəvan rəhbərliyinin üzərinə düşür"

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğal olunmuş ərazilərimizdə Ermənistanın hərbi təlimlər keçirməsinə cavab verib.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib: "Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi İrəvanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür".