Almaniya XİN-dən Qarabağ bəyanatı Hadisə

Almaniya XİN-dən Qarabağ bəyanatı

"Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir"

Almaniya Bundestaqının internet saytında "Dağlıq Qarabağ uğrunda iğtişaşlar" sərlövhəli məlumat dərc olunub. APA-nın "AzərTAc" dövlət agentliyinə istinadın verdiyi xəbərə görə, məlumatda bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsində atəşkəsin pozulması hallarının intensivləşdiyi qeyd olunur.
Bildirilir ki, qondarma "Dağlıq Qarabağ Respublikası" "özünümüdafiə qüvvələrinin" 23000 əsgəri var, onlardan 8000-i Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur. Qeyd olunur ki, bundestaqın "Solçular" fraksiyasının bununla bağlı AFR hökumətinə ünvanlandığı sorğuya Xarici İşlər Nazirliyi cavab verib.
"Solçular" Fraksiyasının 18/2728 nömrəli kiçik sorğusuna Federal hökumətin 18/2816 nömrəli cavabında deyilir: "Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir, amma erməni silahlı qüvvələrinin nəzarətindədir".