Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır Hadisə 27 Oktyabr 2020 18:26 2 765 Ermənistanın növbəti dəfə dinc əhaliyə hücumu nəticəsində Bərdədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Trend-in yerli müxbirinin məlumatına görə, ölənlərdən biri 8 yaşlı İskəndərova Aysu Rövşən qızıdır. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.