Erməni deputatdan muzdlularla bağlı etiraf Hadisə

Erməni deputatdan muzdlularla bağlı etiraf

Ermənistan ordusunda muzdluların, terrorçuların döyüşməsi barədə çoxsaylı faktlar mövcuddur. Bu faktlar artıq bir çox xarici KİV-lərdə işıqlandırılıb.
Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan Qarabağa muzdluların gəlməsi xəbərini təsdiqləyib.
Onun sözlərinə görə, Moskvadan İrəvana qayıdarkən təyyarədə döyüşə yollanan erməni əsilli xarici ölkə vətəndaşları ilə rastlaşıb. Həmin şəxslər deputata Qarabağa Azərbaycana qarşı döyüşə hazırlaşdıqlarını bildiriblər.
“Eyni reysdə 100-dən çox sərnişin var idi. Onların əksəriyyəti döyüşə gedəcəklərini etiraf etdilər. Bu adamlar gəlib ki, əllərinə silah alıb döyüşsünlər”.
Daha əvvəl bəzi Rusiya vətəndaşlarının Dağlıq Qarabağda Ermənistan tərəfindən muzdlu qismində döyüşməyə getməsi barədə xəbər vermişdik. Rusiyanın "Kommersant” qəzetinin müxbiri Kirill Krivoşeyev Telegram” kanalında muzdlulardan birini şəxsən tanıdığını yazıb. Onun sözlərinə görə, muzdlular aylıq 1500 dollar alırlar.