Seçki yarışına 37175 namizəd qatılıb Hadisə

Seçki yarışına 37175 namizəd qatılıb

23 dekabr bələdiyyə seçkilərində 37175 namizəd qeydə alınıb. Bunu APA-ya Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib.
Şahin Əsədlinin sözlərinə görə, seçkilərdə 8 siyasi partiya namizədlərini irəli sürüb: "Fərdi qayda namizədliklərini irəli sürən partiya üzvləri nəzərə alınarsa, ümumilikdə 30 siyasi partiyanın üzvləri bələdiyyə seçkilərində namizəddirlər. Seçki qanunvericiliyinə əsasən, bələdiyyələrin yarıdan çoxunda (yaxud ən azı 60 seçki dairəsində) namizəd irəli sürmüş partiya və partiya blokları İctimai Teleradioda pulsuz efir, rəsmi nəşrlərdə ödənişsiz dərc yeri almaq hüququ qazanır. Bu hüququ yalnız Yeni Azərbaycan Partiyası qazanıb. YAP partiyaların və müstəqil namizədlərin seçkiqabağı təşviqatında bərabərlik prinsipinin gözlənilməsi naminə bu hüququndan imtina edib".