Hansı şəxslərin Amnistiya ilə cəzadan azad ediləcəyi məlum olub
Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib
Papuaşvili: Avropalılara inansaydıq, Gürcüstan Ukrayna kimi xarabalığa çevrilərdi
Aİ-nin Ukraynaya ayırdığı 90 milyard avro kreditin detalları məlum olub
3 Dekabr 2020 18:38
3 227
“Türk dünyası “Vikipediya”da" layihəsi uğurla davam edir. Layihə çərçivəsində ötən bir ay ərzində 60-dan çox məqalə yaradılıb, əsaslı redaktə olunub və zənginləşdirilib.
Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov məlumat verib. O bildirib ki, layihəyə start verilən gündən könüllülər bu işə çox böyük maraq göstərirlər:
"Könüllülər tərəfindən “Vikipediya”da türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni məlumatlar yaradılır. Artıq türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə “Vikipediya”da yerləşdirilib. Məqsəd türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün müvafiq sahədə informasiya bazasını genişləndirmək və daha da əlçatan etməkdir. Bu sahədə gələcək fəaliyyəti sistemli şəkildə davam etdirəcəyik".
12:02
490
11:47
539
11:45
574