Xroniki xəstələr və evində belə xəstəsi olanlar vaksinasiyada daha maraqlı olmalıdır - Mütəxəssis Hadisə

Xroniki xəstələr və evində belə xəstəsi olanlar vaksinasiyada daha maraqlı olmalıdır - Mütəxəssis

Dünyada bir ilə yaxındır ki, müşahidə edilən və hələ də davam edən COVİD-19 pandemiyası onu göstərdi ki, əhalinin yanaşı xəstəliyi olan hssəsi, o cümlədən dializ, şəkərli diabet xəstələri, qan-damar, böyrək çatışmazlığından əziyyət çəkən insanlar bu xəstəliyi daha ağır keçirirlər və onların arasında ölüm halları daha çox olur. Buna görə də bu şəxslər və ailəsində belə xəstələr olan insanlar COVİD-19-a qarşı vaksinasiyanın icrasında daha maraqlı olmalıdırlar.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, daha yüksək yoluxuculuq qabiliyyətinə malik olan COVID-19 virusunun yeni ştammının sürətlə yayılması bu virusa yoluxma riksini dəfələrlə artırır:

"Son zamanlar bir sıra ölkələrdə virusa yoluxma statistikası artır. Eyni zamanda COVID-19 virusunun yeni ştammının bəzi ölkələrdə aşkarlanması və Azərbaycanda da olma ehtimalını nəzərə alaraq ölkəmizdə qarşıdakı müddətdə yoluxma sayının yüksələcəyi gözlənilir".

Y.Abdiyeva qeyd edib ki, COVID-19-un dünyada yayılmasının qarşını almaq üçün effektiv və təhlükəsiz vaksinlərin tətbiqi zəruridir:

"Azərbaycana gətirilən “CoronoVAC” vaksini tətbiq olunmamışdan əvvəl Türkiyədə laboratoriyada araşdırılıb. Onun COVID-19 ilə mübarizədə effektiv olduğu artıq təsdiq olunmuş bir faktdır. Bunu da nəzərə alaq ki, “CoronoVac” vaksinini COVID-19 əleyhinə inaktivasiya edilmiş peyvənddir. Vaksin mikroblardan, ya da onların həyat fəaliyyəti nəticəsində ifraz etdiyi maddələrdən hazırlanmış bioloji preparatdır".

Mütəxəssis bildirib ki, COVID-19-a yoluxma riski yüksək olan 60 yaş və daha yuxarı şəxslərin bu vaksinə daha çox ehtiyacı var. bu vaksini vurduran şəxslər və onlar Bu vaksin insanlarda süni immunitet yaratmaqla onların virusa qarşı mübarizəsini asanlaşdırır".