14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
5 Mart 2021 10:47
1 666
Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiqat aparılmasına dair müzakirələr aparılıb.
“Azərkosmos” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, su ehtiyatlarının qiymətləndirilməsi mövzusuna dair “Virtual Azerbaijan Group of Companies” şirkəti ilə görüş keçirilib.
Görüşün əsas məqsədi Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı olub.
Qeyd edilib ki, hazırda Azərbaycanda yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir.
“Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkədə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 80-95% dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da, öz növbəsində, Azərbaycanda su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq.