Umayra Tağıyeva vəzifəsindən azad edildi Hadisə

Umayra Tağıyeva vəzifəsindən azad edildi

Onun vəzifəsi Asif Verdiyevə həvalə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva işdən azad olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, U.Tağıyeva yanvarın 16-da öz ərizəsi ilə işdən çıxıb.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.