Azərbaycanın cari əməliyyatlar hesabı proqnozları üstələyib Hadisə

Azərbaycanın cari əməliyyatlar hesabı proqnozları üstələyib

Azərbaycanın 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. ABŞ dolları və ya ÜDM-in 0,5%-ni təşkil edib. Halbuki 2019-cu ildə 4,4 mlrd. dollar profisit qeydə alınmışdı.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, kəsirə gətirib çıxaran əsas amil xidmətlər balansının kəskin azalması olub.

Qeyd edək ki, Dünya Bankını yenilənmiş proqnozuna görə, 2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 1%-nə, "S&P Global Ratings" reytinq agentliyinə görə isə ÜDM-in 3,7%-nə enməli idi.