16 Aprel 2021 12:15
2 639
Vətən müharibəsində yararlanaraq, 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Maqsudkənd kənd sakini olan şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Ş. Hüseynli oktyabrın 20-də yaralanmışdı. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!
11:45
1 267
10:27
1 253
20 Mart 09:46
1 617



