WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
19 May 2021 11:07
2 142
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Moskva şəhərində Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayevlə görüşüb.
"APA-Economics" xəbər verir ki, nazir R. Nəbiyev bu barədə "Facebook" hesabında yazıb.
O bildirib ki, görüşdə iki ölkə arasında "bulud" texnologiyaları, elektron imzanın (E-imza) tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
"Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik", - nazir yazıb.