Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42
17 Dekabr 23:42
17 Dekabr 23:37
17 Dekabr 23:35
19 May 2021 12:46
2 499
Mayın 15-də Azərbaycan dövlət sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-ə bildirib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşlarından birinin yeri müəyyən edilib: "O, təslim olmayaraq hərbi qulluqçulara silahlı müqavimət göstərib. Bu səbəbdən həmin şəxs zərərsizləşdirib".
Qeyd edək ki, mayın 15-də DSX Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.
17 Dekabr 18:10
1 148
17 Dekabr 17:52
1 071
17 Dekabr 15:14
1 197